"Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi"

Türkiyəli məşhur müğənni Bayhanın illər əvvəl qatıldığı televiziya proqramında səsləndirdiyi açıqlamalar yenidən gündəmə gəlib.

Türkiyəli məşhur müğənni Bayhanın illər əvvəl qatıldığı televiziya proqramında səsləndirdiyi açıqlamalar yenidən gündəmə gəlib.

meqale.com-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, sənətçi uşaqlıq illərində yaşadığı ağır həyat şəraiti və anasını itirməsi ilə bağlı ürəkdağlayan xatirələrini bölüşüb.

Bayhan bildirib ki, uşaqlığı yoxsulluq və aclıqla keçib. Onun sözlərinə görə, yaşadıqları məhəlləni siçanlar basıbmış və insanlar bir daxmada satılan qida və mayelər üçün uzun növbələrdə gözləyirmişlər:

"Məhəlləmizi siçanlar basmışdı. Uzun bir növbə var idi. Bir daxmada nəsə satırdılar və biz də növbədə dayanmışdıq. Növbə bizə çatanda anam bir şüşə maye aldı və evə getdik" .

Müğənni həmin mayenin evdə necə faciəyə çevrildiyini belə xatırlayıb. Onun sözlərinə görə, anası mayeni çay fincanına tökərək əvvəlcə bacısına, sonra isə ona uzadıb. Bacısı isə vəziyyətin təhlükəli olduğunu anlayaraq onu dayandırmağa çalışıb:

"Anam bir qurtum içdi, dadına baxdı. Böyük ehtimal, çox güclü bir zəhər idi. Ağrı çəkərək çölə çıxdı. Anamı bir daha görmədim. Bacım məni çölə buraxmadı."

Bayhan qeyd edib ki, sonradan öyrəndiyi məlumata əsasən, anası xəstəxanaya yerləşdirilib və uzun müddət həyat uğrunda mübarizə aparsa da, onu xilas etmək mümkün olmayıb.

Sənətçinin bu etirafları sosial şəbəkələrdə böyük rezonans doğurub və bir çox izləyici Bayhanın həyat hekayəsinin arxasında gizlənən ağır faciəyə diqqət çəkib.