Anasının qatilinin oğluna ərə getdi
ABŞ-də Nikol adlı qadın anasını qəddarlıqla öldürən şəxsin oğlu ilə evlənib.
meqale.com xarici mediaya istinadla bildirir ki, Nikolun anasının adı Aylin idi. 2021-ci ildə o, gələcəkdə onu öldürən Ayven Brammerlə münasibətə başlayıb. Onlar nə qədər çox görüşürdülərsə, münasibətləri bir o qədər pisləşirdi. Kişi Aylinin həyatını nəzarətdə saxlamağa çalışır və onunla tez-tez mübahisə edirdi.
2022-ci ildə Nikol Ayvenin oğlu Castinlə tanış olub. Onun sözlərinə görə, Castin atasına bənzəmirdi və çox xoşuna gəlmişdi. Qısa müddət sonra o, partnyorundan ayrılaraq Castinlə birlikdə olmağa qərar verib.
Bu zaman onların valideynlərinin münasibətləri tamamilə pisləşmişdi. 14 fevral 2023-cü ildə Ayven Aylini öldürüb və cəsədini xəndəyə atıb.
Meyitin qalıqları yalnız 12 gün sonra ovçular tərəfindən tapılıb. 2024-cü ilin yanvarında Ayven təqsirli bilinərək həbs edilib.