“Yuyunmağı sınamısınız?” - Zaxarovadan Makrona
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Fransada çarpayı taxtabitilərinin Rusiyanın yaydığı iddiasına kəskin reaksiya göstərib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Zaxarova rəsmi teleqram kanalında yayımladığı açıqlamada Fransanın dövlət qurumlarının ziddiyyətli mövqelərinə diqqət çəkib.
O xatırladıb ki, əvvəlcə Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon ölkədəki taxtabiti istilasında Rusiyanı günahlandırmış, daha sonra isə Makron bu hadisəni Moskvanın yaydığı "feyk xəbər" adlandırmışdı.
"Belə olan halda sual yaranır: Rusiya Fransada taxtabitilərinin olmasında günahkardır, yoxsa olmamağında? Yuyunmağı sınamısınız? Bu, həm bədən parazitlərinə, həm də nevrozlara yaxşı təsir edir", - deyə o söyləyib.