Aparıcı Zaurdan Günelə: “Mənə ərə gələrsən?”
Teleaparıcı Zaur Kamal növbəti sualı ilə diqqətləri üzərinə cəmləməyi bacarıb.
meqale.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, proqramında qonaq olan müğənni Günel Məhərrəmovaya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.
Suallardan biri isə belə olub:
"Günel, subay olsan, mənə ərə gələrdin?"
Zaurun sualına ifaçı belə cavab verib:
"Fikirləşərdim. Sən çox yaraşıqlı oğlansan, amma xüsusiyyətlərin çox çətindir. Yoldaşın səninlə necə yola gedir, bilmirəm".
Teleaparıcı müğənni ilə ailə quracağı təqdirdə onu sənətdən uzaqlaşdıracağını bildirib:
"Səninlə evlənsəm, qoymazdım oxuyasan. Evə bağlı qalardın, tər-təmizliyə fikir verərdin".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun