"Apple" bu səhvini qəbul etdi - Satışlar azaldı

"Apple" rəhbərliyi "iPhone Air" modelinin satışlarından məyus olub.

"Apple" rəhbərliyi "iPhone Air" modelinin satışlarından məyus olub.

meqale.com xəbər verir ki, ultra nazik "Air" modeli istehlakçılar arasında az populyardır və buna görə də şirkət istehsalını 1 milyon ədəd azaldıb.

Əvəzində "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin istehsalı 2 milyon ədəd artırılıb. "iPhone 17" modeli isə "iPhone 16"dan daha uğurludur. "Apple" ilkin planından kənarlaşaraq 2025-ci ildə "iPhone 17" smartfonlarının istehsalını 88 milyondan 94 milyon ədədə yüksəldib.