Arı deputatı öldürdü - FOTO
Moldovada Fəaliyyət və Həmrəylik Partiyasının deputatı Yuri Pesat arı sancması nəticəsində ölüb.
meqale.com lente istinadən xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, Pesat avqustun 5-də səhər arı sancması nəticəsində yaranan anafilaktik şokdan dünyasını dəyişib.
Siyasətçinin 52 yaşı var idi.