Arutyunyan açıqladı: Azərbaycan Ordusu sentyabrda...
Sentyabrdakı müharibənin sonunda Azərbaycan Ağdərəni tamamilə mühasirəyə aldı.
meqale.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin - "artsax"ın "dövlət naziri" Artur Arutyunyan deyib.
"Azərbaycan qoşunlarının irəliləməsi və infrastrukturun, yolların, o cümlədən Xankəndini birləşdirən yolların itirilməsi panikanı artırdı. Bundan sonra biz oradakı əhalini təxliyə etməyə başladıq. Hava limanının ərazisində çoxlu sayda təxliyə edilmiş həmyerlimiz olduğundan, onlar üçün də çadırlar qurduq və yeməklə təmin etdik. O insanlar da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə idilər, ona görə də biz ilk evakuasiyaya elə orada başladıq. Çünki hər yer Azərbaycan Ordusunun nəzarətində idi", - o deyib.