"Arvadım dedi ki, nə istəyirsən et"
"Real"ın almaniyalı yarımmüdafiəçisi Toni Kroos İspaniya klubu ilə müqavilənin uzadılmasının təfərrüatları barədə danışıb.
meqale.com lente istinadən bildirir ki, "Mənə "nə istəyirsən et" deyən həyat yoldaşıma kiçik bir təşəkkür edirəm. Bu məni bir az təəccübləndirdi. Fikirləşdim ki, istəmirsən daha tez-tez evdə olum?", - Kross deyib.
Xatırladaq ki, almaniyalı "Kral klubu "ilə müqaviləni daha bir mövsüm, 2024-cü ilin yayına kimi uzadıb.
Kroos ötən mövsüm 30 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.