Onun transferi "Real"a 500 milyon avroya başa gələ bilər
İngiltərə təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holannın İspaniyanın "Real Madrid" klubuna mümkün keçidi böyük maliyyə xərci tələb edə bilər.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, "Sky Sport Germany" nəşrinə görə, Madrid klubu yay transfer dönəmində 25 yaşlı norveçli forvardı heyətinə qatmaq niyyətindədir. "Kral klubu"nun prezidenti Florentino Peres şəxsi maraq göstərərək Holanı almaqda israrlıdır. Bu isə bonuslar və oyunçunun maaşı daxil olmaqla təxminən 500 milyon avroya başa gələ bilər.
Qeyd olunur ki, Holann "Mançester Siti" ilə hazırkı müqaviləsini 2034-cü ilin yayına qədər bağlayıb. "Transfermarkt" onun bazar qiymətini 200 milyon avro olaraq göstərir.
Cari mövsümdə isə Holann bütün turnirlərdə 29 oyuna çıxaraq 26 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.