At gücü 160-dan yuxarı olan maşınlar bahalaşacaq - Rusiyada yeni qayda
Rusiyada utilizasiya rüsumu səbəbindən bəzi avtomobillərin qiyməti kəskin artacaq.
                        meqale.com xəbər verir ki, Rusiyada bəzi avtomobillərin qiyməti utilizasiya rüsumunun hesablanma metodikasının dəyişdirilməsi nəticəsində artacaq.
Yeni metodikaya əsasən, rüsum mühərrikin həcmi üzrə deyil, gücü üzrə hesablanacaq. Bu barədə "Avtostat"ın direktoru Sergey Tselikov məlumat verib.
Onun sözlərinə görə, avtomobillər müxtəlif dərəcədə bahalaşacaq. Bəzi modellərin qiyməti o qədər çox qalxacaq ki, onların Rusiyaya gətirilməsi məntiqsiz olacaq, digərləri isə cüzi bahalaşacaq.
Top-10 siyahıya populyarlığına görə daxil olan avtomobillər belədir:
Geely Monjaro Toyota RAV4 BMW X3 BMW X5 Hyundai Palisade BMW 5 seriyası Toyota Highlander Kia Sorento Kia Carnival Hyundai Santa Fe
Rus avtomobil istehsalçıları "KamAZ", GAZ və "Sollers" utilizasiya rüsumunun hesablanma metodikasını sərtləşdirməyi təklif ediblər. Həmçinin şirkətlər xarici avtomobillərin fiziki şəxslər tərəfindən idxalına verilən güzəştləri məhdudlaşdırmaq istəyirlər. Məqsəd, az gəlirli və zəngin təbəqələr üçün avtomobil idxalını qanuni şəkildə məhdudlaşdırmaqdır.
"Avtomarketolog" agentliyinin hesablamalarına görə bu təşəbbüs nəticəsində artıq yüksək səviyyədə olan avtomobil qiymətləri 22-40% arası qalxa bilər.