Ata balaca oğlunu kəmərlə vəhşicəsinə döydü - o anlar kamerada - VİDEO
Adananın Kozan rayonunda ata oğlunu kəmərlə döyüb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada 42 yaşlı ata uşağını kəmərlə vəhşicəsinə döyüb.
Həmin anlar saniyəbəsaniyə lentə alınıb.
Kadrlarda kəmərlə döyülən uşağın ağladığı və atasına onu döyməməsi üçün yalvardığı əks olunub.
Atanın davamlı olaraq arvadını, eləcə də uşağını döydüyü ortaya çıxıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülər etirazlara səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Fidan meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun