"Apple" şirkətinin həmtəsisçisi xəstəxanaya yerləşdirildi

"Apple" şirkətinin həmtəsisçisi, 73 yaşlı Stiv Voznyak Dünya Biznes Forumunda çıxış etdikdən sonra Mexiko şəhərində xəstəxanaya yerləşdirilib.

"Apple" şirkətinin həmtəsisçisi, 73 yaşlı Stiv Voznyak Dünya Biznes Forumunda çıxış etdikdən sonra Mexiko şəhərində xəstəxanaya yerləşdirilib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Pais" qəzeti xəbər verib.

"TMZ" portalının mənbələri bildirib, çıxışdan sonra S.Voznyak həyat yoldaşına özünü narahat hiss etdiyini deyib. Onun həyat yoldaşı sonra narahatlıq yaradan simptomları görüb.

Məlumata əsasən, sahibkar təcili yardım şöbəsindədir, həkimlər lazımi müayinələri aparır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun