AVRO-2024-də 1/8 finalın favoritləri açıqlanıb: Türkiyə, yoxsa Avstriya?
AVRO-2024-ün 1/8 final matçlarının favoritləri açıqlanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Opta" superkompüteri 1/4 finala adlayacaq komandaları müəyyənləşdirib.
Xüsusi proqramlarla çalışan bilgisayar İspaniyanın Gürcüstanı, Almaniyanın Danimarkanı, Portuqaliyanın Sloveniyanı keçəcəyini proqnozlaşdırıb. Kompüter Fransanın Belçikanı, Niderlandın Rumıniyanı mübarizədən kənarlaşdıracağını göstərib.
"Opta" Avstriya ilə üz-üzə gələcək Türkiyənin bu səddi keçə bilməyəcəyini vəd edib. Proqnoza əsasən, İngiltərə Slovakiyanı, İsveçrə İtaliyanı dayandıracaq.