Avtobusun vuraraq öldürdüyü şəxslərin kimliyi məlum oldu - YENİLƏNİB - VİDEO
Bu gün səhər saatlarında, Bakının Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Əli Xalıqverdiyev idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Nigar Qasımova və 1981-ci il təvəllüdlü Zərifə Niftəliyeva ölüb.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Baku TV-yə bildirib.
Faktla bağlı araşdırma aparılır.
--- 09:08 Bakıda səhər saatlarında sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə hər iki piyada hadisə yerindəcə dünyasını dəyişib.
Qəza Balaxanı - Zabrat yolunda qeydə alınıb.