Avtomobil ən az yanacağı bu sürətdə işlədir

Avtomobil ən az yanacağı adətən 60-90 km/saat sürət aralığında işlədir.

Avtomobil ən az yanacağı bu sürətdə işlədir
Avtomobil ən az yanacağı adətən 60-90 km/saat sürət aralığında işlədir.

meqale.com xəbər verir ki, bu aralıqda mühərrik nə çox yüklənir, nə də yüksək dövrlərdə işləyir, həmçinin hava müqaviməti də hələ ciddi dərəcədə artmamış olur.

Məsələn, 60-70 km/saatda şəhərdənkənar düz yolda, sabit sürətlə gedəndə avtomobil yanacağa ən qənaətcil rejimdə olur. 90 km/saatdan sonra isə, xüsusilə 100 km/saatı keçəndə aerodinamik müqavimət kəskin artır və yanacaq sərfi də artır.