Avtomobillər toqquşdu - Yol kənarında dayanan şəxs xəsarət aldı
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.
Belə ki, "NİSSAN" və "VAZ" markalı iki minik avtomobili toqquşub, hadisə zamanı avtomobillərdən biri yol kənarında dayanan 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğlunu vurub.