Bu sığorta şirkətinin də lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında "Naxçıvansığorta"nın lisenziyasını ləğv edib.

Bu sığorta şirkətinin də lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında "Naxçıvansığorta"nın lisenziyasını ləğv edib.

Bu barədə meqale.com-a AMB-yə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.