Aygün Bəylərin ən böyük arzusu...
Aygünün ən böyük arzusu Şuşaya getmək idi.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Avroviziya-2011-in qalibi Nigar Camal əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib.
"Aygün Bəylərin vəfatı çox böyük itkidir. Sonuncu dəfə dekabrın 30-da danışmışıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya bir daha getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcəyəm. Çox təəssüf belə oldu. Çox çətindir. Allah rəhmət eləsin".