Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb - MSK sədri
Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb:
"Həmin ərazilərdə bərpa işləri çox sürətlə gedir. Amma o ərazilər minalanıb. Neçə-neçə vətəndaşımız mina partlamasında həlak olur, amma dünya buna susur".