Azarkeş öldü, İspaniya çempionatının oyunu təxirə salındı

"Qranada" - "Atletik Bilbao" matçı təxirə salınıb.

Azarkeş öldü, İspaniya çempionatının oyunu təxirə salındı
"Qranada" - "Atletik Bilbao" matçı təxirə salınıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb azarkeşin ölməsi olub.

Belə ki, iki komandanın qarşılaşmasının 18-ci dəqiqəsində azarkeşin səhhətində yaranan problem səbəbindən qarşılaşma dayandırılıb. Təcili yardım işçiləri azarkeşin köməyinə gəlib. Lakin bütün müdaxilələrə baxmayaraq azarkeşi xilas etmək mümkün olmayıb.