Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu - FOTO
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
meqale.com-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.