Azərbaycan klubundan yeni transfer - amerikalı voleybolçu gətirildi
"Gəncə" komandası heyətini yeni voleybolçu ilə gücləndirib.
Klubdan meqale.com-a verilən məlumata görə, "sarı-göylər" ABŞ-dən olan oyunçu Aayinde Smiti transfer edib.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu son olaraq ölkəsində "Ball State University" komandasında çıxış edib.