Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalında "Yeni vokal əsərlər"in təqdimatı - VİDEO - FOTO

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının dördüncü günü Bülbülün Memorial Muzeyində  "Şuşadan İtaliyaya" adlı konsert proqramı ilə başlayıb. Konsertdə Bülbül Vokal Məktəbinin tələbələri tərəfindən dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Günün sonu Beynəlxalq Muğam Mərkəzində Azərbaycan bəstəkarlarının yeni vokal əsərlərindən (ilk dəfə) ibarət konsert böyük rəğbətlə qarşılanıb. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətində Azər Dadaşov, Sərdar Fərəcov, Tural Məmmədli, Elvin Quliyev, Elnarə Dadaşova, Qumru İmamverdiyeva, Toğrul Salmanov, Tahir İbişovun yeni bəstələri Əməkdar artist Səidə Şərifəliyeva, gənc  vokalçılar Şaban Cəfərov, İsmayıl Zeynalov, Səma Qəhrəmanova, Qətibə Mehdiyeva, Atəş Qarayev, Mələk İsrafilovanın ifasında səsləndirilib. Xalq artisti Samir Cəfərovun ifasında musiqisi Tural Məmmədliyə məxsus "Günəşim mənim" adlı əsər gurultulu alqışlarla qarşılanıb. Sonda Əməkdar artist, Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının ideya müəllifi, bədii rəhbəri Ramil Qasımov çıxış edərək festival çərçivəsində bu gecənin ən əhəmiyyətli gecələrdən olduğunu vurğulayıb. O, bu layihənin yeni əsərlərin yaranmasına vüsət yaratdığını qeyd edib. Əməkdar artist: "Yeni bəstəkarlar varsa yeni ifaçılar da var. Yeni ifaçılar varsa yeni bəstəkarlar da var. Bəstəkar və ifaçı bir-birini tamamlayır". -deyə vurğulayıb. Əməkdar artist gecənin keçirilməsində Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə başda olmaqla bütün Azərbaycan bəstəkarlarına təşəkkürünü bildirib.

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalında