Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə səs verdi - Jakip Asanov

Fevralın 8-də Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyası növbədənkənar Prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə səs verdi - Jakip Asanov
Fevralın 8-də Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyası növbədənkənar Prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

meqale.com Trend-ə istinadən bildirir ki, qurumun rəsmisi, Qazaxıstan Parlamenti Senatı sədrinin müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Jakip Asanov Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ölkə qanunvericiliyinin və beynəlxalq standartların tələblərinə uyğun şəkildə keçirildiyini bildirib.

"Bizim missiya seçki prosesinin ədalətli və şəffaf təşkilindən, açıq və qapalı səsvermənin uyğun şəkildə keçirilməsindən çox məmnundur", - deyə o qeyd edib.

Bu seçkilərin çox əlamətdar hadisə olduğunu, çünki Azərbaycan tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində keçirildiyini vurğulayan Jakip Asanov azərbaycanlıların öz xoşbəxt gələcəyinə səs verdiklərini deyib.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.