Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 17 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.

Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 17 % artıb

Meqale.com Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.

İkinci yerdə 212,6 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,4 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,3 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,2 manata (+3,4 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 16 %), Şəkidə 115,4 manata (+ 8,1 % ), İsmayıllıda 113,5 manata (+5 %), Gəncədə 110,6 manata (+1,9 %), Abşeronda 110,5 manata (-9,7 %), Astarada 104,3 manata (-7,6 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( -20,9), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,6 manata, (- 9,1 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.