Azərbaycanda ata qızını öldürüb həyətdə basdırıbmış - 4 il sonra üzə çıxdı

Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

Azərbaycanda ata qızını öldürüb həyətdə basdırıbmış - 4 il sonra üzə çıxdı
Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

meqale.com xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.