Azərbaycanda bağça müdiri qəfil öldü
Qaxda bağça müdiri vəfat edib.
meqale.com qafqazinfoya istinadən xəbər verir ki, hadisə rayonun İlusu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məmmədova Məleykə Mahmud qızı işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürəktutmadan öldüyü bildirilir.