Azərbaycanda bu sektora investisiyanın həcmi 20 faizdən çox artıb
Cari ilin yanvar-oktyabr aylarında neft-qaz sektoruna 4 milyard 913,5 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən meqale.com-a bildirilib ki, həmin dövr ərzində ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz artıb.
Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 945,2 milyon manat səviyyəsində olub. meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun