Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO
Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.

meqale.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, 69 yaşlı sənətkarın səhhətində yaranan problemlərlə bağlı müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətini stabilləşdirməyə çalışırlar.

Qeyd edək ki, Nazan Öncel bu ilin may ayında da xəstəxanaya yerləşdirilmiş, ona iki stent qoyulmuşdu.