Azərbaycanda dəhşətli qəza: sürücü öldü - FOTO

Beyləqanda 29 yaşlı şəxs qəzada öldü.

Azərbaycanda dəhşətli qəza: sürücü öldü - FOTO
Beyləqanda 29 yaşlı şəxs qəzada öldü.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Sürücü 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı "Vaz2107" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobil daş divardan olan rayonun giriş qapısına çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü həyatını itirib.