Azərbaycanda oğul anasını öldürdü - YENİLƏNİB
****** 08:21
Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan meqale.com-a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
****** 06:13
Avqustun 20 -də 05 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan meqale.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.