Azərbaycanda qadın futbolçu rəqibini yumruqladı - VİDEO
AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən "Neftçi" - "Liman" oyunu qalmaqalla yadda qalıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Palms Sport Arena"da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində "Neftçi"nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.
Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.