Azərbaycandakı keçmiş səfirə yeni vəzifə verildi

İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edilib.

Azərbaycandakı keçmiş səfirə yeni vəzifə verildi
İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edilib.

meqale.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bu gün İranın Azərbaycandakı sabiq səfiri Seyid Abbas Musəvi İran Prezident Administrasiyasının rəhbərinin protokol və rəsmi tədbirlər üzrə müavini vəzifəsinə təyin olunub.

Bildirilir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Möhsün Hacımirzayi qərar verib.