Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib
Dekabrın 21-də Azərbaycandan "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Rusiyaya ərzaqlıq yumurtanın ikinci partiyası ixrac edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.
Məlumata əsasən, dekabrın 21-də Rusiya ərazisinə sonradan satış məqsədilə "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan həcmi 18 ton (306 min ədəd) olan ikinci yumurta partiyası gətirilib.
Bundan əvvəl, dekabrın 19-da Rusiyaya 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk partiyası gətirilib.