Azərbaycanın 2026-cı il icmal büdcəsinin gəlirləri 2,3 faiz artacaq
2026-cı il üçün Azərbaycanın icmal büdcəsinin gəlirlərinin həcmi 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 1 milyard 18,8 milyon manat və ya 2,3 faiz artaraq 44 milyard 969,4 milyon manat səviyyəsində proqnozlaşdırılır.
meqale.com-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan və 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, ortamüddətli dövrün sonuna qədər icmal büdcə gəlirlərinin 6 milyard 472 milyon manat və ya 14,7 faiz artaraq 50 milyard 422,5 milyon manata çatacağı gözlənilir.