Azərbaycanın heç vaxt belə hədəfi olmayıb - Rufiz Hafizoğlu

Azərbaycanın heç vaxt dini-mədəni irsi dağıtmaq, məhv etmək hədəfi olmayıb.

Azərbaycanın heç vaxt belə hədəfi olmayıb - Rufiz Hafizoğlu
Azərbaycanın heç vaxt dini-mədəni irsi dağıtmaq, məhv etmək hədəfi olmayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ATV-yə açıqlamasında deyib.

"Biz kilsələrə qarşı hər hansı bir mübarizə aparmamışıq. Ümümiyyətlə, bizim dini-mədəni irsi dağıtmaq kimi hədəfimiz olmayıb. Azərbaycan məscidlərində ermənilər donuz saxlayanda UNESCO harada idi? Bu baxımdan, təəssüflə qeyd edirəm ki, UNESCO və digər beynəlxalq qurumlar artıq öz missiyalarını itiriblər.

Təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, bir çox türkdilli ölkələrə qarşı da atılan analoji addımlar bir daha sübut edir ki, UNESCO müstəqil bir qurum deyil və burada Türk-Azərbaycan düşmənçiliyi hökm sürür",- deyə Rufiz Hafizoğlu bildirib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun