Azərbaycanlı bloqer əməliyyatdan sonra komaya düşdü - İDDİA - FOTO
Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə bağlı narahatedici məlumatlar yayılıb.
meqale.com xəbər verir ki, iddialara əsasən, bloger müalicə üçün yerləşdirildiyi tibb müəssisəsində əməliyyat olunub.
Məlumata görə, onun boğaz nahiyəsində zob aşkarlanıb və həkim müayinəsindən sonra cərrahi müdaxiləyə ehtiyac yarandığı bildirilib. Əməliyyatdan sonra isə Tünzalə Sultanovanın səhhətinin kəskin şəkildə pisləşdiyi, hətta komaya düşdüyü iddia olunur.
Qeyd edək ki, yayılan bu məlumatlar hələlik rəsmi qurumlar və ya yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı dəqiq açıqlamanın verilməsi gözlənilir.