Azərbaycanlı futbolçu Ukraynada əsgərlikdən qaçıb Qırğızıstana sığındı - FOTO

Azərbaycan milli komandasının sabiq futbolçusu Andrey Popoviç özünə yeni iş yeri tapıb.

Azərbaycanlı futbolçu Ukraynada əsgərlikdən qaçıb Qırğızıstana sığındı - FOTO
Azərbaycan milli komandasının sabiq futbolçusu Andrey Popoviç özünə yeni iş yeri tapıb.

meqale.com xəbər verir ki, 33 yaşlı qapıçı son 3 ildə daimi yaşadığı Ukraynadan Qırğızıstana köçüb. O, "Kirqizaltın" klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Ukraynanı tərk etmək niyyəti A.Popoviçdə son vaxtlar üzləşdiyi şəxsi problemlərdən sonra yaranıb. "Aqrobiznes", "Xust" kiimi aşağı liqa klublarında oynayan futbolçunu həqiqi hərbi xidmətlə bağlı tez-tez narahat ediblər. Hətta bir dəfə onu dəmiryolu vağzalında saxlayaraq, hərbi komissarlığa aparıblar.

Rusiya - Ukrayna müharibəsinə getməkdən canını qurtaran Popoviç vəziyyətdən çıxış yolunu legioenr həyatı yaşamaqda görüb. İdmançı imtiyazından istifadə edərək, ölkə sərhədlərini aşan qapıçı axır zamanlar ukraynalı futbolçuların kütləvi şəkildə üz tutduğu Qırğızıstana yollanıb.

Yeri gəlmişkən, Qırğızıstan çempionatında daha 3 azərbaycanlı Eldar Ələkbərov, Ramin Əhməov (hər ikisi "Alay") və Dmitri Nağıyev ("Muraz Yunayted") çıxış edir.