Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
meqale.com xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.