Azərbaycan 1-0 Fransa - YENİLƏNİR - CANLI

Renat Dadaşov fərqlənir. ----------- DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.

Azərbaycan 1-0 Fransa - YENİLƏNİR - CANLI
Renat Dadaşov fərqlənir. ----------- DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.

meqale.com-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.

Matçı latviyalı Andris Treymanis idarə edir.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

----------- Komandaların start heyətləri açıqlanıb.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev

Fransa: Lukas Şevalye, Malo Qusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Akliuş, İbrahima Konate, Vayne Zayr-Emeri, Con Mateta, Lukas Hernandes, Teo Hernandes

------------- Bu gün Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində son - 6-cı tur matçında Fransanı qəbul edəcək.

meqale.com-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika Stadionunda meydana çıxacaq. Qarşılaşma saat 21:00-da start götürəcək və oyunu latviyalı hakimlər briqadası idarə edəcək.

Millimizin qarşılaşmaya ciddi itkilərlə çıxacağı bildirilir. Yüksək hərarət səbəbindən heyətdən uzaqlaşdırılan və İslandiya ilə oyunu buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da matçda iştirak etməyəcək. Fransa millisinin heyətində isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone Bakıya gətirilməyib və oyunda çıxış etməyəcəklər.

Qeyd edək ki, komandamız 4-cü turda Parisdə "Park de Prens" stadionunda Fransa ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olmuşdu. Bundan başqa yığmamız seçmə mərhələdə İslandiyaya iki dəfə uduzub (0:5, 0:2), Ukrayna ilə matçlarda isə bir dəfə heç-heçə edib (1:1), digər görüşdə məğlubiyyət yaşayıb (1:2).

D qrupunda hazırkı vəziyyətə görə, Fransa 13 xalla liderdir və mundiala vəsiqəni artıq təmin edib. İslandiya və Ukrayna 7 xal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Azərbaycan yığması isə 1 xalla sonuncu - 4-cü pillədədir.

DÇ-2026, seçmə mərhələ - D qrupu 16 noyabr 21:00 - Azərbaycan vs Fransa

Hakimlər: Baş hakim - Andris Treimanis Yan xətt hakimləri - Haralds Gudermanis, Aleksey Spasennikovs Dördüncü hakim - Vitalis Spasyonnikovs (hamısı Latviya)

VAR: Kley Ruperti (Niderland) AVAR: Kristaps Ratnieks (Latviya)