“Azərpoçt” adından dələduzluq

Azərpoçt MMC-nin adından dələduzluq halları davam edir.

“Azərpoçt” adından dələduzluq
Azərpoçt MMC-nin adından dələduzluq halları davam edir.

Elektron Təhlükəsizlik Xidmətindən meqale.com-a verilən məlumata görə, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketin çatdırılmadığını qeyd edirlər. Digər tərəfdən 24 saat ərzində mesajdakı keçidə daxil olaraq, linkdəki zip kodu və ünvan məlumatlarını təsdiq etmək tələb olunur.

Qeyd edək ki, keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.