Bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
20:57
İyunun 24-ü saat 19 radələrində Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə meqale.com-a Baş Prokurorluqdan bildirilib.
Aparılmış araşdırma zamanı 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi, Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyən edilib.
--------
19:52
İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-ci il təvəllüdlü Həsənova Vəfa Nurəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qardaşı 1986-cı il təvəllüdlü Həsənov Həsən Nurəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.