Bakı-Qazax yolunda qəza: ÖLƏN VAR, 4 nəfər yaralanıb

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakı-Qazax yolunda qəza: ÖLƏN VAR, 4 nəfər yaralanıb
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" ilə digər minik maşını toqquşub.

Qəza zamanı 69 yaşlı Zülfüqar Husyen oğlu Əliyev hadisə yerində ölüb.

Yaralananlar bunlardır:

Vəliyev Zaur Əmrah oğlu 

Əliyev Asif  Fərman oğlu 

Zeynalov Bayram Zabit oğlu 

Sadıqov Röyal Vidadi oğlu 

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar.

Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirlir.