Bakı Sürət Festivalının qalibləri mükafatlandırılıb - FOTO

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və "Caspian Event Organisers" şirkətinin həmtəşkilatçılığı ilə keçirilən Bakı Sürət Festivalında sürət həvəskarları üçün rəqabətlə dolu "US Legends Cars" yarışının təsnifat və final mərhələləri baş tutub.

meqale.com xəbər verir ki, yarışı pilotlar Adil Axundov birinci, Murad Həsənov ikinci, Fərid Quliyev isə üçüncü yerdə başa vurublar.

Festival çərçivəsində drift-şou və avtomobil sənayesindəki yeniliklərin nümayiş olunduğu sərgi də təşkil olunub.