Bakıda ağır qəza: 2 uşaq xəsarət aldı

Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda ağır qəza: 2 uşaq  xəsarət aldı
Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər 2016-cı il təvəllüdlü H.N. və onun qardaşı, 2018-ci il təvəllüdlü H.Ə. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib.

Hadisənin təfərrüatı araşdırılır.