Putinin ona nə hədiyyə etdiyini paylaşdı - FOTO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi mücrünün fotosunu paylaşıb. 

Putinin ona nə hədiyyə etdiyini paylaşdı - FOTO
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi mücrünün fotosunu paylaşıb. 

meqale.com xəbər verir ki, diplomat teleqram kanalında hədiyyə ilə bağlı paylaşım edib.

Fotoda üzərində "Moskva" və "Kreml" sözləri yazılmış hədiyyə qutusu, həmçinin Kreml və Müqəddəs Georginin təsviri olan mücrü görünür. Hədiyyənin yanında "Vladimir Vladimiroviç Putin" imzalı bir kart və üzərində "M.V. Zaxarovaya" yazılmış zərf var.

Qeyd edək ki, dekabrın 24-də Mariya Zaxarovanın 50 yaşı tamam olub.