Gədəbəydə iki avtomobil toqquşdu - xəsarət alanlar var
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedec" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.