Bakıda ağır zəncirvari qəza - körpüdə hərəkət dayandırıldı - FOTO

Bakının Nəsimi rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda ağır zəncirvari qəza - körpüdə hərəkət dayandırıldı - FOTO
Bakının Nəsimi rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində yerləşən körpünün üzərində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək əvvəcə yolayırıcındakı beton maneəyə, daha sonra "Hyundai" və "Chevrolet" markalı minik avtomobillərinə çırpılıb.

Nəticədə "Mercedes" markalı minik avtomobili yararsız vəziyyətə düşərək, hissələrə bölünüb. Qəza səbəbindən avtomobilin hissələri yola dağılıb, bir hissəsi isə Əbdülvahab Salamzadə küçəsinə düşüb.

Hadisədə "Mercedes" markalı minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbənindən körpünün hər iki istiqaməti üzrə hərəkət dayandırılıb.