Bakıda bu marşrut xəttinin sürücüsü narkoman çıxdı

Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.

Bakıda bu marşrut xəttinin sürücüsü narkoman çıxdı
Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.

meqale.com xəbər verir ki, hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiyasının yaxınlığında - Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.

Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən 102 saylı marşrut xəttinin "İsuzu" markalı avtobusunun sürücüsü 1989-cu il təvəllüdlü R.Yusifov narkotik vasitə istifadəçisidir. O, ekspertizadan keçirilib və narkotik qəbul etməsi müəyyənləşib.

Avtobus sürücüsü barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə əsasən, protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsi 36 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.  / Teleqraf