Bakıda davam edən tozlu hava bu xəstəliklərə SƏBƏB OLUR - Həkimdən MÜHÜM AÇIQLAMA
Xəbər veriyimiz kimi, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
Bəs tozlu hava insan sağlamlığına necə təsir göstərir?
meqale.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Kəmalə Hüseynova bildirib ki, havada uçuşan qum dənəcikləri, toz-torpaq şəhərin küçələrilə hərəkət edən insanların gözünə, ağzına-burnuna dolur.
"Tənəffüs yolu xəstəlikləri də günü-gündən artır. Adətən toz bir çox xroniki xəstəliklərə səbəb olur. Bronxial astma və allergiyanı bu xəstəliklərə misal göstərmək olar".
İnfeksionist qeyd edib ki, gündəlik olaraq tozlu hava ilə nəfəsalma insan orqanizmi üçün böyük təhlükə yaradır.